ABŞ Ticarət Departamenti Rusiyaya yükdaşıma xidmətləri göstərən İran Hava Yollarına məxsus üç "Boeing 747" təyyarəsini sanksiya siyahısına daxil edib.
"Unikal" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu təyyarələrin Bayden administrasiyasının Rusiyanın Ukraynadakı müharibəsinə qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsi olan ixrac nəzarətini pozduğu iddia edilir.
Sanksiyaya məruz qalan təyyarələr Mahan Air, Qeshm Fars Air və Iran Air şirkətlərinə məxsusdur.
Ağarza Elçinoğlu