İjevsk məktəbində atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 17-yə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən Udmurtiya hökumətinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya İstintaq Komitəsinin məlumatına görə, 11-i uşaq və 6-sı böyük olmaqla 17 nəfər ölüb”, - mətbuat xidməti bildirib. 

12:53

İjevsk məktəbində atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb. Onlardan  7-si uşaqdır.

"Unikal"  xəbər verir  ki,  bnu  barədə  rus mediası məlumat yayıb. 

***12:21

İjevsk şəhərindəki məktəbdə atışma zamanı 10 nəfər ölüb, daha 18 nəfər yaralanıb. Ölənlərdən 5-i uşaqdır. 

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb. 

Atəş açan şəxsin intihar etdiyi bildirilir.

***12:03

İjevskdə məktəbdə baş verən atışmada 3 uşaq həlak olub.

"Unikal" xəbər verir ki, bu  barədə  "BAZA" teleqram kanalı məlumat yayıb. 

Bildirilir ki,hücum edən şəxs nasist simvolları olan köynək geyinib.

***11:31

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma olub.

"Unikal" rus mediasına istinadən xəbər verir ki, hadisə İjevskin 88 saylı orta məktəbində baş verib. Bildirilir ki,  insidentdə  3 nəfər yaralanıb, bir mühafizəçi ölüb. 

Hazırda şagirdlər və müəllimlər təcili olaraq binadan təxliyə edilir.

Hadisə yerinə polis, milli qvardiya və təcili yardım gəlib.

Gülayə  Mecid