“Ukraynadakı müharibə ilə bağlı Çinin hazırkı mövqeyi Moskvadan daha çox Kiyev üçün faydalıdır”.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər Dmitro Kuleba “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, Rusiya Çindən proseslərdə onun tərəfində iştirak etməyini istəyir: "Əlbəttə, biz Pekindən daha çoxunu istəyirik. Amma başa düşürük ki, reallıq budur. Bu, bizə sərf edir”.