Rusiyanın Latviyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Latviya XİN rəhbəri Edqars Rinkeviçs "Twitter" səhifəsində qeyd edib.
Səfirin Ukrayna ərazilərinin bir hissəsinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə əlaqədar çağırıldığı bildirilir.