Rusiyanın Londondakı səfiri Andrey Kelin Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LXR), Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsindən sonra Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb .
"Böyük Britaniya Rusiyanın Ukrayna ərazisinin 15%-ni öz tərkibinə qəbul etməsinə etiraz əlaməti olaraq Rusiya səfirini çağırıb", - Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Putin bu gün DXR və LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb.
Ağarza Elçinoğlu