Ukraynanın bütün əraziləri Rusiya işğalından azad ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri videomüraciətində bildirib ki, Ukrayna Rusiyanı dayandırmasaydı, digər dövlətlər də hücuma məruz qalacaqdı: "Baltikyanı ölkələr, Polşa, Moldova Gürcüstan və Qazaxıstan.
"Ölkəmizin bütün ərazisi təkcə Ukraynanın deyil, həm də həyatın, insanlığın, qanunun və həqiqətin düşməni olan bu düşməndən azad ediləcək. Rusiya bunu artıq bilir. Bizim gücümüzü hiss edir", - Zelenski vurğulayıb.
Ağarza Elçinoğlu