Rusiyalı "Valkie" ləqəbli reper İvan Petunin intihar edib. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, musiqiçinin meyiti Krasnodarın Konqresnaya küçəsində çoxmərtəbəli binanın yaxınlığında tapılıb. 

Bildirilib ki, 27 yaşlı reper əvvəllər psixo-nevroloji dispanserdə müalicə alıb. 

Məlumata görə, reper ölümündən əvvəl vida videosu çəkib. Orada Petunin səfərbər oluna biləcəyindən qorxduğunu bildirərək intihar edəcəyini açıqlayıb. 

Ağarza Elçinoğlu