ABŞ-ın Miçiqan ştatının Dirborn şəhərindəki Hampton Inn otelində silahlı atışma baş verib.
"Unikal" xəbər verir ki, məlumata görə, bir nəfər həlak olub.
Kanalın mənbələrinin məlumatına görə, şübhəli şəxs özünə otel otaqlarından birində barrikada qurub. Şəhər polis idarəsi əhaliyə hadisə yerindən uzaq durmağı tövsiyə edib.