Xəbər verdiyimiz kimi, Krım körpüsündə partladılan TIR-ın sahibi məlum olub.
"Unikal" xəbər verir ki, araşdırmalardan sonra məlum olub ki, əslən azərbaycanlı olan Mahir Yusubov yük daşımaları ilə məşğul olduğu üçün ona gübrə daşınması sifarişi verilib. Beləliklə o, özü də bilmədən bu işdə istifadə edilib.
Yük maşının sahibi Kazanda tərəvəz və meyvələrin topdan satışı ilə məşğul idi. Onun şəxsi satış məntəqəsi, həmçinin topdansatış anbarı var idi. Onun Rusiyadakı dostlarının da əsasən azərbaycanlılar olduğu deyilir.
Dostları bildirib ki, Yusubov radikal müsəlmanlar arasında olmayıb, onun təmas dairəsində əsasən azərbaycanlılar olub.
Valideyni boşandıqdan sonra o, atası ilə dava edərək evi satdıqdan sonra Krasnodara, qardaşının yanına gedib.
xxx
18:50
Xəbər verdiyimiz kimi, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə partlayışa səbəb olan TIR sahibinin kimliyi məlum olub.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "International Prostar" şəxsi daşıma şirkətinin qeydiyyatdan keçmiş sahibinin mənzilində axtarışlar aparılır.
Məlumata görə, avtomobilin sahibi Krasnodar sakini 25 yaşlı Samir Yusubovdur.
Bildirilib ki, yük maşınını TIR sahibinin atasının əmisi oğlu 51 yaşlı Mahir Yusubov idarə edib.
Bundan sonra S.Yusubov video yayaraq TIR-ın sadəcə onun adında olduğunu, lakin partlayışın onunla bağlı olmadığını bildirib.
"Mənim, 1996-cı il təvəllüdlü Yusubov Samir Seymur oğlunun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur", - yük maşınının sahibi bildirib.
Ağarza Elçinoğlu