Rusiya prezidenti Vladimir Putin Kerç boğazındakı nəqliyyat keçidinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat dərc edib.
O, həmçinin FSB-yə Kerç boğazı vasitəsilə nəqliyyat keçidinin, elektrik şəbəkəsinin enerji körpüsünün və Krasnodar diyarından Krıma qaz kəmərinin mühafizəsi üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyətini həvalə edib.
Ağarza Elçinoğlu