Türkiyə Rusiya ilə Qərb arasında Ukraynadakı vəziyyətlə bağlı danışıqlar təşkil etməyi planlaşdırır.
"Unikal" Türkiyənin "Milliyet" nəşrinə istinadən xəbər verir ki, hazırda Türkiyə dörd əsas Qərb ölkəsini Rusiya ilə eyni masada oturtmağı planlaşdırır - ABŞ , Fransa , Almaniya və Böyük Britaniya.
"Müvafiq təklif artıq diplomatik kanallar vasitəsilə Vaşinqtona ötürülüb. Amerika tərəfi bu planla bağlı çox müsbət rəy verib", - məlumatda deyilir.
Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin də Qərblə yeni sövdələşmə bağlamaq istəyir, çünki Soyuq Müharibə başa çatdıqdan sonra bağlanan sazişlər müasir Rusiya üçün artıq aktual deyil.
Ağarza Elçinoğlu