Slovakiya Ukraynaya daha iki “Zuzana 2” özüyeriyən haubitsa təhvil verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.
O qeyd edib ki, silahlar kommersiya müqaviləsi əsasında hazırlanır.
“İndi haubitsaların ikisi köçürülüb, növbəti ikisi isə yaxın vaxtlarda Ukraynaya ötürüləcək", - nazir deyib.
Bildirilir ki, haubitsaların istehsalı Danimarka, Almaniya və Norveç tərəfindən maliyyələşdiriləcək, onlar bunun üçün 92 milyon avro ayıracaqlar. Müvafiq sazişi artıq Slovakiyanın müdafiə naziri Yaroslav Nad və onun danimarkalı həmkarı Morten Bedskov imzalayıblar.