Zaporojyeyə raket hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, daha 89 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib.
"Ölən və yaralananların sayı artıb. Onların arasında uşaqlar da var. Şəhərə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 13 nəfər həlak olub. 11-i uşaq olmaqla 89 mülki şəxs yaralanıb", - o yazıb.
Timoşenko əlavə edib ki, qəzalı evlərin yerlərində xilasetmə və axtarış əməliyyatları davam edir.
Qeyd edək ki, bu gün, işğalçılar Zaporojyenin yaşayış məntəqələrinə S-300 və X-22 raketləri ilə hücum ediblər.
Şəhərdə 9 mərtəbəli bina və beş fərdi yaşayış evi qismən dağılıb. 50-dən çox hündürmərtəbəli binaya və özəl sektorda 20 evə ziyan dəyib.
Daha əvvəl 6-sı uşaq olmaqla 12 nəfərin öldüyü , 49 nəfərin yaralandığı bildirilirdi. Ticarət obyektlərinə, inzibati binalara, inzibati binalara, uşaq bağçalarına, məktəblərə və infrastruktur obyektlərinə də ziyan dəyib.