İranın Qətərdəki ABŞ bazalarına raket hücumundan sonra rəsmi Doha ölkədə fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, İran tərəfindən atılan raketlərin Qətərdə olan azərbaycanlılar tərəfindən Doha səmasında yeni görüntüləri yayılıb. Hücum nəticəsində ölən və yaralananın olmadığı bildirilir.
“The New York Times” yazır ki, İran çoxlu sayda insan tələfatının qarşısını almaq üçün Qətər hakimiyyətinə Amerikanın Əl-Udeid aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib.
Nəşrin mənbələrinə görə, Tehran Amerikanın İranın nüvə obyektlərinə hücumlarına cavab olaraq simvolik zərbə endirmək məcburiyyətində qalıb.