Sentyabrda baş verən qarşıdurma zamanı KTMT onun üzvlərindən birinə qarşı edilən təcavüzə operativ və effektiv cavab verə bilmədi.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə deyib.
"Ermənistanın uzunmüddətli təhlükəsizlik həlləri üçün vaxtı yoxdur. Moskvaya səfərimiz Ermənistan üçün çətin bir dövrdə baş verir. Bu, acı faktdır ki, 207 qurbanımız və xeyli yaralımız var", - Simonyan bildirib.
Rusiya Federasiyasındakı erməni diasporu və Ermənistanda məskunlaşmış çoxminlərlə Rusiya Federasiyası vətəndaşı ilə bağlı məsələlər də müzakirə olunub.
Ağarza Elçinoğlu