Boris Conson Böyük Britaniyanın baş naziri postuna namizəd olmaqdan imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 20-də Böyük Britaniyanın baş naziri vəzifəsində ay yarım işləmiş Liz Truss vəzifəsindən istefa verdiyini açıqlayıb.Son seçkilərdə onun rəqibi Rişi Sunak olub, hər ikisi finala yüksəlib. Sentyabrın 2-də hakim partiya üzvləri arasında (təxminən 175 min nəfər və ya seçicilərin 0,4 faizi) keçirilən səsvermənin nəticələrinə görə, Truss 57,4 faiz səs toplayıb.
Gültəkin Ələsgər