Rişi Sunak Britaniyanın yeni Baş naziri seçilib.
"Unikal" xəbər verir ki, liderlik yarışında onun rəqibi Peni Mordont geri çəkilib. Bununla da Rişi Sunak yeni Baş nazir seçilib.
O, Boris Consonun hakimiyyəti zamanı maliyyə naziri vəzifəsini icra edib.
Qeyd edək ki, Rişi Sunak Hindistan əsillidir. Onun ailəsi 1960-cı illərdə Britaniyaya köçüb.
1922 Komitəsinin sədri Qraham Bradi Mühafizəkarlar Partiyasının lideri olmaq üçün yalnız bir "etibarlı" namizədin - Rişi Sunakın olduğunu təsdiq edib.
Bradi əlavə edib ki, Sunak tezliklə çıxış edəcək.
Ağarza Elçinoğlu