İndoneziyanın Şərqi Nusa - Tengqara əyaləti sahillərində sərnişin gəmisində baş verən yanğın nəticəsində azı 13 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Xinhua agentliyi xilasedicilərə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, 263 sərnişini xilas edə biliblər, onların arasında qurbanlar da var, onların sayı açıqlanmır. Axtarış əməliyyatının rəhbəri xilasedicilərin 13 cəsədin tapılmasına nail olduqlarını, lakin itkin düşənlərin tapılması üçün axtarışların çərşənbə axşamı davam etdiriləcəyini bildirib. Onların dəqiq sayını açıqlamayıb.

Agentliyin məlumatına görə, yanğın başlayan zaman gəmi vilayətin paytaxtı - Kupanq şəhəri yaxınlığında olub. Hadisənin səbəbi açıqlanmır. 

Gültəkin