Rusiya taxıl sazişində iştirakını dayandırdıqdan sonra ərzaq daşıyan gəmilər hələlik Ukrayna limanlarını tərk etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, İstanbul boğazı ətrafında taxıl yüklü gəmilərin yoxlanılması bu gün və sabah davam edəcək.
Açıqlamada bildirilir ki, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri yaranmış vəziyyəti həll etmək üçün Rusiya və Ukraynadan olan həmkarları ilə danışıqlar aparır.
Qeyd edilir ki, Türkiyə regionda sülhün təmin edilməsi və humanitar əməliyyatların aparılması üçün səylərini davam etdirəcək.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, taxıl sövdələşməsi başlayandan indiyədək dəniz humanitar dəhlizi ilə 9,3 milyon ton taxıl ixrac edilib.