Rusiya silahlı qüvvələrinin bölmələri Xersondan geri çəkilməzdən əvvəl şəhəri darmadağın edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onlar televiziya mərkəzini, qazanxanaları və rayon enerji obyektini partladıblar. 

Xatırladaq ki, noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu rus qoşunlarının Xerson vilayətinin sağ sahilindən çıxarılması barədə göstəriş verib.

Ağarza Elçinoğlu