"Avropa İttifaqı ölkələri Ukraynaya silah tədarükünün davam etdiyi bir şəraitdə öz hərbi ehtiyatlarını artırmaq və bir-biri ilə rəqabətdən qaçmaq üçün birlikdə çalışmalıdırlar".

"Unikal" xəbər verir ki, bunu Aİ-nin diplomatı Josep Borrell bildirib. 

Aİ uzun müddətdir ki, üzv dövlətləri bir-biri ilə rəqabət edərək qiymətləri artırmaq və ya blokdan kənar təchizatçılarla fərdi sövdələşmələr etmək əvəzinə, silah alışında güclərini birləşdirməyə çağırıb. Lakin ölkələr məsləhətlərə qulaq asmaq istəmirlər.

27 üzv dövlət 2025-ci ilə qədər hərbi büdcələrini 70 milyard avroya qədər artırmağa hazırlaşır, lakin layihələr və satınalmalar üzrə əməkdaşlığın olmaması, Avropa Müdafiə Agentliyinin (EDA) nazirlərin illik icmalına görə, ahəngdar qüvvələrin yaradılması səylərinə xələl gətirir.

EDA-nın məlumatına görə, müdafiə proqramlarına qoyulan bütün investisiyaların yalnız 18%-i üzv dövlətlər arasında əməkdaşlıqla bağlıdır və Avropa layihələrinə investisiyalar çox vaxt daha çox vaxt aparan və mürəkkəb hesab olunur.

Gültəkin