Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub.

"Unikal" xəbər verir ki, polkovnik-leytenant Samir Rüstəmov Xarkov istiqamətdə döyüşlərdə iştirak edib. O, hərbi əməliyyatlar zamanı dünyasını dəyişib. 

Məlumata görə, Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. O, subay olub.

Mərhum bu gün Xarkov şəhərində dəfn olunub.