Polşa ordusunun bəzi hərbi hissələrinin döyüş hazırlığı artırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə hökumət sözçüsü Piotr Müller bildirib.

O, bunun yaranmış vəziyyətlə əlaqədar olduğunu açıqlayıb: "Belə bir vəziyyətdə nəzərdə tutulan prosedurlar tətbiq edilib, o cümlədən Polşa ərazisində bəzi hərbi döyüş hissələrinin və digər güc strukturlarının döyüş hazırlığının artırılması barədə qərar qəbul edilib".

Ağarza Elçinoğlu