Pakistanın Xayber Paxtunxva əyalətində patrul polisi maşınına silahlı hücum nəticəsində 6 polis əməkdaşı həyatını itirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, motosikletli şəxslər Dadivala rayonunda patrul polisi maşınına silahlı hücum ediblər.  

Hücum nəticəsində 6 polis həlak olub. Təhlükəsizlik qüvvələri hücum edənlərin tutulması üçün əməliyyata başlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Gülayə Mecid