Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) diplomat statuslu Polşa vətəndaşını saxlayıb.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

Bildirilir ki, FTX  Polşa vətəndaşı Eva Bokşnayderi Rusiyaya spirtli içkilərin idxalı üçün qondarma sənədlərin verilməsinə görə 20 min avro rüşvət aldığı üçün saxlayıb. 

"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti kommersiya miqdarda spirtli içki idxal edərkən gömrük rüsumundan azad olmaq üçün saxta göndərmə sənədlərinin hazırlanmasına görə 20 min avro məbləğində rüşvət alarkən, diplomatik missiya ilə beynəlxalq maliyyə təşkilatının əməkdaşını saxlayıb", - deyə məlumatda qeyd olunub. 

Rusiya Xarici İşlər Nazirliyi Bokşnayderi “qəbuledilməz şəxs” elan edib.

Gülayə Mecid