Peterburqlu iş adamı İlya Traber təyyarədə sərnişin tərəfindən döyülüb. 
"Unikal"
xəbər verir ki, noyabrın 24-nə keçən gecə Moskvadan Sankt-Peterburqa “Aeroflot”a məxsus təyyarə ilə uçan Traber sərnişinlərdən biri, 35 yaşlı A.Niyazovla mübahisə edib. Niyazov 72 yaşlı iş adamını başından və üzündən vurub.

Stüardessalar iş adamına ilkin tibbi yardım göstərib və onunla mübahisə edən sərnişini təyyarənin arxa oturacağına köçürüblər. Enişdən sonra Traber xəstəxanaya gedib, həkimlər ona barmağının sınığı və başından xəsarətlər diaqnozu qoyublar.

İlya Traber Sankt-Peterburqun ən nüfuzlu iş adamlarından biri hesab olunur.

Gültəkin Ələsgər