Misir ordusunun hərbi təlim zamanı döyüş təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir  ki, bu  barədə Misir ordusunun sözçüsü polkovnik Qərib Əbdülhafiz mövzu ilə bağlı yazılı açıqlama verib.

Ölkədə təlimlər keçirən döyüş təyyarəsinin qəzaya uğradığını bildirən Əbdülhafiz təyyarənin dəqiq harada qəzaya uğradığı barədə məlumatı paylaşmayıb.

Döyüş təyyarəsinin "texniki nasazlıq" səbəbindən qəzaya uğradığını qeyd edən polkovnik hadisədə can itkisinin olmadığını bildirib.