"Rusiya Federasiyası ilə Qazaxıstan arasında münasibətlərdə danışıqları tələb edən məsələlər var, xüsusən də qaz sektoru, lakin Astana vəziyyəti dramatikləşdirmir".

"Unikal" xəbər verir ki, bunu  Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə deyib. 

Tokayev əlavə edib ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə də məlumat verib.

“Mən indicə Vladimir Vladimiroviçə dedim ki, belə suallar var. Onlar müzakirə tələb edir, lakin heç bir dramatizasiya olmadan. Bunlar iş suallarıdır. Mən əminəm ki, biz müvafiq razılaşmalar əldə edəcəyik”, - Tokayev bildirib.

Gültəkin Ələsgər