Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) internet saytında Rusiyanın fevralın 24-də xüsusi hərbi əməliyyata başlamasından (SVO) sonra Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb.

"Unikal" xəbər verir ki, təşkilatın məlumatına görə, mülki vətəndaşların sayı 6,5 min nəfəri, yaralananların sayı isə 10 min nəfəri ötüb.

“24 fevral 2022-ci il tarixindən 27 noyabr 2022-ci il tarixədək Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi ölkədə 17 023 mülki itkini qeydə alıb: 6 655 nəfər ölüb, 10 368 nəfər yaralanıb”, - məlumatda deyilir.

Ölənlərin 2245-i kişi, 1604-ü qadın, 209-u oğlan, 173-ü qızdır. Bundan əlavə, öldürülən 5750 böyük və 37 uşağın cinsiyyəti naməlum olaraq qalır. Qeyd olunur ki, ən çox zərərçəkənlər ağır artilleriyadan atılan atəş də daxil olmaqla, geniş məhvedici partlayıcı silahların tətbiqi, eləcə də çoxsaylı buraxılış raket sistemlərinin tətbiqi, raketlər və hava zərbələri nəticəsində həlak olub.

Gültəkin Ələsgər