Qaradağ rayonunun Qobustan qəsəbəsindəki evlərin birindən 4100 manat dəyərində kombi, mətbəx və məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.  

"Unikal" xəbər verir ki, Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Səxavət Nəsirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.