Şəmkirdə elektrik stansiyasında yanğın olub.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dəllərcəyir kəndində qeydə alınıb. Kənddə yerləşən "Azərişıq” ASC-yə məxsus Dəllərcəyir Yarım stansiyada transformatorlar yanmağa başlayıb. Dərhal əraziyə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğın söndürən avtomobiləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, rayonun bəzi kəndlərinə  elektrik enerjisinin verilməsi dayandırılıb.

Tural Əhmədov