Bakı-Sumqayıt yolunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

"Unikal" xəəbr verir  ki, hadisə bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində, Abşeron Gənclər Şəhərciyinin yaxınlığında baş verib.

Belə ki, “Mercedes”, BMW, “Nissan” və digər markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qəzanın baş vermə səbəbi araşdırılır.