Bakıda gənc oğlan hündürlükdən düşüb. 

"Unikal" Baku.ws-ə istinadən xəbər verir ki, hadisə saat 10:15-də paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, oğlan hündürmərtəbəli binanın 15-ci mərtəbəsindən həyətdə dayanan maşının ön şüşəsi üzərinə düşüb. 

Hadisə şahidlərinin sözlərinə görə, oğlan bina sakini deyil. Gənc oğlan hadisə yerində ölüb.