Azərbaycanda penitensiar müəssisələrdə hazırda İİV/QiÇS-ə yoluxmuş şəxslərin sayı açıqlanıb.
"Unikal" xəbər verib ki, bu barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin müalicə işinin təşkili idarəsinin inspektoru Ziya Ağazadə məlumat verib.
"Hazırda penitensiar müəssisələrdə 398 İİV-ə yoluxmuş təqsirləndirilən şəxs və məhkum var. Bu vətəndaşlardan 392-si kişi, 6-sı qadındır", - o deyib.