Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.

Bu barədə "Unikal"a DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.