Goranboyda 48 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, rayonun Tatarlı kənd sakini 1974-ci il təvəllüdlü G.İsmayılova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Tural Əhmədov