Türkiyənin Qaziantep bölgəsində Şanliurfa-Qaziantep avtomobil yolunda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

“Unikal” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölən 10 yaşlı qızın meyiti morqa aparılıb. Yaralılar Qaziantepdəki dövlət hospitalına yerləşdirilib.