"Rusiya aerodromlarına zərbələr təkcə ən azı iki rus bombardmançısının məhv edilməsi deyil, bu, Moskvaya siqnaldır ki, Kiyev indi zərbə endirmək üçün texnologiyaya malikdir".
"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.
"Bu, heç də o demək deyil ki, Ukrayna Moskvaya hücum edəcək. Lakin şəhərə hücum ehtimalı Rusiya Federasiyasının paytaxtında bir neçə yuxusuz gecəyə səbəb olacaq”, - Avstraliya ordusunun istefada olan generalı Mik Rayan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, indi Kiyevin Moskvaya birbaşa hücumdan çəkinməsinin əsaslı səbəbləri var. Çünki belə bir zərbə rusların birbaşa Ukraynadakı hədəflərə zərbələr endirmə kampaniyasının daha güclü şəkildə artması demək olardı.
Qeyd edək ki, dekabrın 5-də səhər saatlarında Saratov vilayətindəki aerodromda pilotsuz təyyarə Engels-1 aviabazasının uçuş-enmə zolağına düşüb. İki Tu-95 bombardmançı təyyarəsi zədələnib. Rusiya Federasiyasının ən azı iki əsgəri yaralanaraq xəstəxanaya yerləşdirilib.
Həmçinin dekabrın 6-da səhər saatlarında Rusiyanın Kursk şəhərində aerodromda yanğın baş verib .Xəbər verdiyimiz kimi, Kursk aerodromunun yaxınlığında pilotsuz təyyarənin hücumu nəticəsində neft saxlama çəni yanıb. Ölən və yaralanan yoxdur.
Gülayə Mecid