Moskvanın Şeremetyevo hava limanını su basıb.
"Unikal" xəbər verir ki, hadisə yerindən görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisənin B terminalında baş verdiyi bildirilib. Orada həyəcan siqnalı işə düşüb və içəriyə su daxil olmağa başlayıb.
Hadisə şahidləri tavanın uçduğunu da deyirlər. Lakin məlumat hələ ki, təsdiqlənməyib.
Qeyd edək ki, Moskvada əlverişsiz hava şəraiti səbəbindən çox sayda aviareys ləğv olunub.