Samuxda zəhərlənmə faktı qeydə alınıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. 2003-cü il təvəllüdlü Jalə Məhərrəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Qadın xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.