"Bu gün keçirilən üçlü zirvədə imzalayacağımız sənədlər birliyimizi daha da qüvvətləndirəcək".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı deyib.
Türkiyə lideri bildirib ki, Avropa başda olmaqla bütün dünya üçün enerji təhlükəsizliyinin vacibliyi bir daha önə çıxdı.
"Türkmənistan təbii qazının qərbə nəql edilməsinə artıq başlamalıyıq. Türkmənistan və Azərbaycandan Türkiyəyə elektrik nəqli mövzusunda da işləməyə hazırıq".