"Həmrəylik içində hərəkət etdiyimiz bütün işlərdə uğur qazanacağımız şübhəsizdir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı deyib.
"Məqsədimiz qlobal və regional dinamika ilə inkişaf edən yeni imkanları xalqımızın rifahına və regionumuzun sabitliyinə uyğun qiymətləndirməkdir. Həmrəylik içində hərəkət etdiyimiz bütün işlərdə Allahın izni ilə uğur qazanacağımız şübhəsizdir. Qarabağın 30 illik işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir. Türk Dövlətləri Təşkilatımız bu baxımdan son dərəcə əhəmiyyətlidir", - deyə Ərdoğan bildirib.