“Ermənistan Qərb və ya Şərq yönümlü ola bilər, biz buna müdaxilə edə bilmərik. Lakin normallaşma məsələsində Azərbaycan və Türkiyə səmimidir, Ermənistanın da səmimi addımlar atması lazımdır”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşünündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq bildirib.O qeyd edib ki, sülh sazişinin imzalanmasının vaxtı çatıb:
“Artıq gərginlik və təxribatlara ehtiyac yoxdur. Türkiyə olaraq da biz xüsusi nümayəndəmizi təyin etdik. Azərbaycanla koordinasiyalı şəkildə hava sahəmizi açmaq, karqo uçuşlarına icazə verməklə jest etdik. Başqalarından mədət ummağa ehtiyac yoxdur. Burada biz öz sülh və sabitliyimiz üçün effektiv addımlar atmalıyıq”.