Şəmkirdə yol - nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Könüllü kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan 'MAN" markalı yük maşını "Qazel" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Xüsusən "Qazel" markalı avtomaşın  yararsız hala düşüb. İlkin məlumata görə, qəzaya səbəb "MAN" markalı maşının sürücüsü tərəfindən  yol kənarında heç bir xəbərdaredici nişan olmadan dayanması olub.

Faktla bağlı araşdırma başlanılıb.

Tural Əhmədov