Beynəlxalq araşdırma şirkəti "Euromonitor International" 2022-ci ilin ən yaxşı şəhərlərini açıqlayıb.
"Unikal" xəbər verir ki, turizm, davamlılıq, infrastruktur, sağlamlıq və təhlükəsizlik, iqtisadi performans kimi 57 fərqli kriteriyaya görə müəyyən edilən ilk 100 şəhər siyahısında Paris birinci olub. Dubay, Amsterdam və Madrid isə\ ikinci, üçünçü və dördüncü yerdə qərarlaşıb.
Roma, London, Münhen, Berlin, Nyu-York və Barselona ilk 10-luqda yer alıb. Los-Anceles 14-cü yerdə olduğu halda, "Time Out" jurnalı tərəfindən bu ilin ən yaxşı şəhəri seçilən Edinburq "Euromonitor" siyahısında yalnız 54-cü yeri tapa bilib.
Praqanın 11-ci, Tokionun 20-ci, Afinanın 23-cü olduğu siyahıda İstanbul 25-ci, Antalya isə 64-cü yerdədir.
"Euromonitor" layihə meneceri Nadejda Popova, turizm və səyahətin 2022-ci ildə Covid-19 pandemiyasının yavaşlaması ilə canlandığını qeyd edib.
Gülayə Mecid