Agdaşda elektrik şəbəkəsinin iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb, digəri isə agırdır.
"Unikal" xəbər verir ki, hadisə Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən yarımstansiyada baş verib.
Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin 2 nəfər əməkdaşı 1983-cü il təvəllüdlü Nəbiyev Ceyhun Vahid oğlu və 1986-cı il təvəllüdlü Mustafayev Elşən Etibar oğlu iş görən zaman onları elektrik cərəyanı vurub. Hadisə zamanı Nəbiyev Ceyhun Vahid oglu hadisə yerində dünyasını dəyişib, Mustafayev Elşən Etibar oglunun vəziyyəti agır oldugu ücün Bakı şəhırindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli