Şəkidə 7 otaqlı fərdi yaşayış evi yanıb.
"Unikal" xəbır verir ki,yanğın hadisəsi axşam saatlarında rayonun Baş Küngüt kəndində, kənd sakini Valeh Mövlan oğlu Rəsulova məxsus, ümumi sahəsi 315 kv/m olan kürsülü birmərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 4 otağının yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə, 3 otağın isə tavanı yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı evin zirsəmisində olan 3 ədəd müxtəlif tutumli maye qaz balonları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə daşınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.