Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakinləri - 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-ci il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.