Şəki şəhərində zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 00:07-də Şəki stansiyasından 7 kilometr qərbdə, Şəki şəhərində zəlzələ qeydə alınıb.
"Zəlzələ Şəki şəhərində 3 bala qədər hiss olunub",- deyə məlumatda qeyd olunub.