Qaxda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax şəhəri ərazisində baş verib.
Belə ki, Qax şəhər sakini 1969-cu il təvəllüdlü Alberd Zurabaşvili yaşadığı evin həyətyanı sahəsində xurma ağacından yıxılıb. Alberd Zurabaşvili hadisə zamanı aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli